Eşq
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsi və bağlanması. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Valideyn sevgisi, Vətən sevgisi, həyat yoldaşı sevgisi fərqli mənaları ifadə edir. Məhəbbət həm müsbət, həm də mənfi olaraq qəbul edilir, onun fəziləti insani mehribanlığı, şəfqəti və məhəbbəti təmsil edir. Qədim yunan filosofları sevginin altı formasını müəyyən etmişlər: ailə sevgisi, dostluq məhəbbəti və ya platonik sevgi (philia), romantik sevgi (eros), özünə sevgi (philautia), qonaq sevgisi (xenia), ilahi və ya qeyd-şərtsiz sevgi (agape).
Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s.